Bu gün:

Kamelya çiçəyinin mənası nədir?


Kamelya çiçəyi ən çox tanınan bitkilərdən biridir. Bu bitkinin bir qədər həssas olduğunu söyləyə bilərik. Kamelya çiçəyi küləksiz, sakit və isti yerləri sevir. Qışda şaxta şəraitdən pis təsirlənən və çox tez təsirlənən kamelya çiçəyi də gün işığını çox sevir və günəş işığının dəydiyi yerdə əyilir. Bu səbəbdən bəzən gün işığı almayan tərəflərini günəşə vermək lazımdır ki, tarazlıq yaransın. Bu möhtəşəm çiçəyin də özünəməxsus xüsusi mənaları da var. Bəs kamelya çiçəyinin mənası nə deməkdir?

Kamelya çiçəyinin mənası

Kamelya çiçəyi sözün əsl mənasında göz qamaşdıracaq dərəcədə gözəl olan çiçəklərdən biridir. Kamleya çiçəyi, əslində, "taleyini təslim etmək" deməkdir. Yəni kamelya çiçəyi kiməsə verilirsə, əslində, ona “mənim taleyim sənin əlindədir” mesajını verir.

Eyni zamanda, kamelya çiçəyi qoxusuz bir çiçəkdir. Bu səbəblə kamelya çiçəyini hədiyyə etmək əslində “ətrini bu çiçəyə ver ki, çiçəyin gözəlliyi ilə qoxunun mükəmməl bir harmoniyası yaransın” mesajını verir.

Kamelya çiçəyi nəyi təmsil edir?

Kamelya çiçəyi latınca "camellia" sözü ilə ifadə edilir. Çiçəyə bu adı Carl Linnaeus verib. Kamelya çiçəyi sevgini ifadə etmək üçün istifadə edilir. Bundan əlavə, qarşıdakı insana olan sədaqət və bağlılığı ifadə etmək üçün də hədiyyə verilə bilər. 

Kamelya çiçəyinin hekayəsi

Kamelya çiçəyi dünya tarixin ən qədim dövrlərindən bəri mövcud olan bir çiçəkdir. Amma dediyimiz kimi, bu çiçəyə müəyyən qayğı və diqqət tələb edilir. Bu səbəbdən də Kamelya çiçəyi, əslində, tarix boyu elit təbəqənin, yuxarı təbəqənin çiçəyi olmuşdur.

Osmanlı memarlığında da istifadə edilən kamelya çiçəyi bir çox sivilizasiyanın saraylarını, dövlət qurumlarını və bağlarını bəzəyirdi. Keçmişdən bu günə qədər bütün görkəmli abidələrdə kamelya çiçəyinin olması öz hekayəsini bu günə qədər daşımışdır.

Mənbə: Sabah

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et