Bu gün:

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi ləğv edilib


Naxçıvan Muxtar Respublikasında nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlardan biri fəaliyyətini dayandırıb. Müvafiq qərara əsasən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi ləğv olunub.Rəsmi sənədin imzalanması prosesini əks etdirən təmsili görüntü

24media.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs ləğv edilib. Nazirliyə agentliyin ləğvi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Qeyd edək ki, fərman 6 mart 2026-cı ildə imzalanaraq qüvvəyə minib. Xatırladaq ki, agentlik 29 avqust 2024-cü ildə yaradılmışdı.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et