Tarixçi alim Cəmil Həsənli Xalq şairi Səməd Vurğunun nadir fotosunu paylaşıb.
SSRİ Yazıçılarının İkinci Qurultayında gərgin və yorğun atmosfer
24media.az Kult.az-a istinadən xəbər verir ki, alim şəkli sosial şəbəkədə paylaşaraq onu təxminən 18–20 il əvvəl Moskvada Rusiya Kino-Foto Sənədlər Arxivində işləyərkən əldə etdiyini bildirib.
Onun sözlərinə görə, foto 1954-cü ilin 15–26 dekabr tarixlərində keçirilən SSRİ yazıçılarının ikinci qurultayı zamanı çəkilib. Həmin tədbirdə Səməd Vurğun sovet poeziyası haqqında geniş məruzə ilə çıxış edib.
Cəmil Həsənli qeyd edib ki, qurultay uzun müzakirələrlə yadda qalıb. Yazıçı Mixail Şoloxovun SSRİ-də ədəbiyyat siyasətini və “boz ədəbiyyat” təhlükəsini tənqid etməsi kəskin mübahisələrə səbəb olub və təqdim olunan foto həmin yorğun atmosferi əks etdirir.
Aylin Bayraməliyeva
