“Neftçi” və “Qarabağ” komandaları bir həftə ərzində iki dəfə üz-üzə gələcəklər.
Neftçi" və "Qarabağ" futbolçularının yaşıl meydandakı gərgin mübarizə anı
24media.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış matçın vaxtını açıqladıqdan sonra bu məqam ortaya çıxıb.
Belə ki, “Neftçi” və “Qarabağ” aprelin 24-də çempionatın 29-cu turu çərçivəsində qarşılaşacaqlar. Komandalar arasında 21-ci turdan təxirə salınan görüş isə aprelin 30-da keçiriləcək.
Beləliklə, hər iki komanda bir həftə ərzində iki dəfə qarşılaşmalı olacaq.
Aylin Bayraməliyeva
