Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduard Stiprais ilə görüş keçirib.
Hikmət Hacıyev Sİ-nin xüsusi nümayəndəsi Eduard Stiprais ilə görüşdə
24media.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, görüş zamanı regional əməkdaşlıq məsələləri, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələri ilə bağlı səmərəli müzakirələr aparılıb.
Aylin Bayraməliyeva
