Anna Karenina bütün zamanların ən uğurlu yazıçılarından biri olan Lev Tolstoyun ilk dəfə 1877-ci ildə yerli qəzet olan "Rus Messenger"də hissə-hissə dərc edilmiş uğurlu romanlarından biridir.

125 fərqli müəllif tərəfindən müəyyən edilən siyahıda bu günə qədər yazılmış ən yaxşı roman olaraq görüldü. Klassik kimi təsvir edilən "Anna Karenina" ekranlara çıxdığı gündən geniş auditoriyaya çatmaqla yanaşı, dəfələrlə kino və teatra uyğunlaşdırılıb.
Anna Karenina oxuduğumuz ən yaxşı klassiklərdən biridir. Tolstoyun özünəməxsus yazı dili kifayət qədər dominant idi və inanılmaz məharətlə yazılmışdır. Hər klassik əsərdə olduğu kimi, "Anna Karenina" əsəri də oxucuya darıxdırıcı görünə bilən uzun abzaslara malikdir. Bu səbəbdən Anna Kareninanı oxumaq istəyənlərə tam mətni deyil, digər ixtisar edilmiş və redaktə olunmuş nəşrlərdən birini oxumağı tövsiyə edirik. Amma əvvəllər belə uzun klassik əsərləri oxumusunuzsa, əsərdən həzz almaq üçün mütləq tam mətni oxumağa üstünlük verməlisiniz. Kitabda biri dürüst və cəmiyyət tərəfindən bəyənilən, digəri isə qadağan olunmuş və mənəvi cəhətdən aşağı olan iki münasibət müqayisə edilir. Personajların daxili aləmi və əhval-ruhiyyəsi oxucuya çox gözəl şəkildə çatdırılıb. Hadisələr ümumiyyətlə Moskva və Peterburq arasında cərəyan edir.
Anna Karenina Moskvada yaşayan çox gözəl və zərif rus xanımıdır. O, dövlət idarəsində yüksək vəzifə tutan Aleksis Aleksandroviçlə evlidir və onların bir oğlu var. Anna ərini sevməsə də, onun bütün emosiyalardan məhrum bir robot olduğunu düşünür. Ona görə də aralarında ancaq hörmətli, ehtirassız münasibət mövcuddur.
Anna Karenina Peterburqda yaşayan böyük qardaşı Stefan Arkadieviçi ziyarət etməyə yola düşür. Çünki qardaşının arvadı Dolliyə xəyanət etdiyi və Dollinin ərindən ayrılmaq üzrə olduğu üzə çıxıb. Anna bu cütlüyü barışdırmaq üçün Peterburqa gedir. Və bunu etməyə nail olur. Stefan Arkadyeviçlə Dolli arasındakı münasibət əvvəlki kimi davam edir.
Anna Peterburqda ziyafət zamanı Qraf Vronski adlı yaraşıqlı gənc centlmenlə tanış olur. Vronski də dəvət olunan hər kəs kimi Annadan çox təsirlənir və Anna da Vronskini çox bəyənir. Bununla belə, Stefan Arkadiyeviçin baldızı Kitti Voronskidən xoşu gəlirdi. Eyni zamanda, Stefan Arkadiyeviçin yaxın dostlarından olan Levin də Kittini istəyirdi, lakin Kitti anası şahzadə Çerbatzkinin təsiri altında Levinin evlilik təklifini rədd edir. Şahzadə qızı Kittinin zəngin olmasına baxmayaraq, kənddə yaşayan Levinlə deyil, əsgər olan və gələcəyi parlaq görünən Vronski ilə evlənmək istəyir.
Anna və Qraf Vronski arasında daha güclü bir bağ yaranır. Onlar bütün dəvətlərə qatılır və ətrafdakı insanların görünüşündən asılı olmayaraq, birlikdə çox vaxt keçirirlər. Bütün cəmiyyət onlardan danışır, amma xoşbəxtlikdən hər ikisinin gözü az qala kor olur. Ancaq bir müddət sonra Anna bu vəziyyətdən narahat olmağa başlayır. O bu əlaqəni başlamadan bitirmək qərarına gəlir və evə qayıtmaq üçün yola düşür. Lakin Vronski Annanın sehrinə düşdükdən sonra ondan ayrılmaq istəmir. O da Annanın mindiyi qatara minir və sevgisinin dalınca gedir. O, gələcəkdə nələr ola biləcəyindən, eşqinə görə başına nə gələ biləcəyindən xəbərsiz idi.
Klassikləri oxumağı sevənlər üçün mütləq oxunmalı kitablardan biridir. Bütün klassik kitablar yavaş templi bir kitab deyil, bu, kifayət qədər axıcı bir kitabdır. Kitabın tam mətni 1048 səhifədir. "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir"– kitabın giriş cümlələrindən biri olan bu cümlə bir çox oxucuların sevdiyi ifadələrdən biridir.
Mənbə: kitap.yazarokur.com
Tərcümə etdi: Fatimə Mustafayeva
