Bu gün:

ABŞ hərbi təyyarəsinin İraqda qəzaya uğraması regionda gərginliyi artırıb


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İraqda KC-135 tipli yanacaqdaşıyan təyyarənin qəzaya uğraması nəticəsində altı ekipaj üzvü həlak olub. 

F-16 qırıcı təyyarəsinin KC-135 Stratotanker təyyarəsindən havada yanacaqla təmin edilməsi

24media.az "The Times of İsrael"ə istinadən bildirir ki, komandanlığa görə, qəza eyni zonada uçan başqa tanker təyyarə ilə baş verən hadisədən sonra qeydə alınıb. Digər təyyarə təhlükəsiz şəkildə eniş edib.

Ordunun məlumatında qeyd olunub ki, hadisə “nə düşmən atəşi, nə də dost atəşi” nəticəsində baş verib. Qəzanın səbəbləri isə araşdırılır.

Bu itkilərlə birlikdə İranla müharibə zamanı həlak olan amerikalı hərbçilərin ümumi sayı 13-ə çatıb. 

İndiyədək yeddi amerikalı hərbçi döyüş şəraitində həlak olub. Onlardan altısı Küveytdə mülki limanda yerləşən əməliyyat mərkəzinə İran dronunun zərbəsi zamanı, digəri isə Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hərbi Bazasına edilən hücumda aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Pentaqonun məlumatına görə, müharibə başlayandan bəri təxminən 140 ABŞ hərbçisi yaralanıb, onlardan səkkizinin vəziyyəti ağırdır.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et