Bu gün:

“Qarabağ” futbolçusu Kris Kuaku ilə yollarını ayırıb


“Qarabağ” klubu futbolçusu Kris Kuaku ilə yollarını ayırıb.Kris Kuaku

24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçinin Norveçin “Sarpsborg 08” klubuna keçidi ilə bağlı razılıq əldə olunub. Fildişi Sahilindən olan futbolçu artıq tibbi müayinədən keçib və yaxın vaxtlarda rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et