Bakıda güclü yağış yağan kimi Balaxanı–Zabrat yolunda suyun toplanması ciddi problem yaradıb.
Milli Məclisin deputatı Fazil Mustafa
24media.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, paytaxtın Sabunçu qəsəbəsi ərazisində kanalizasiya sistemi kifayət qədər inkişaf etmədiyi üçün güclü yağış zamanı su avtomobil yolunda toplanır. Onun sözlərinə görə, nəticədə yolun üzərində faktiki olaraq “Balaxanı–Zabrat gölü” yaranır.
F.Mustafa qeyd edib ki, ərazidə drenaj sistemi olmadığından yağan yağış suyu yollarda qalır və günəş qurudana qədər sakinlər günlərlə palçıqlı səkilərdə hərəkət etmək məcburiyyətində qalırlar.
Aylin Bayraməliyeva
