Bu gün:

Tehranın kənarında baş verən hücumda iki uşaq həlak olub


Tehranın ətrafında yaşayış binasına edilən hücum nəticəsində ən azı iki uşaq ölüb, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirib, zərərçəkənlərə yardım göstərib və dağıntıları təmizləyib.

İranda bina dağıntıları

24media.az News.ru saytına istinadən xəbər verir ki, daha əvvəl ABŞ-nin və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində təxminən 70 min insan yaralanıb. Hücumların çoxsaylı mülki şəxslərin ölümünə və infrastrukturun geniş şəkildə dağılmasına səbəb olduğu əlavə edilib. Həmçinin Minab şəhərində məktəbə edilən hücumdan sonra məktəbli qızların ölümünə də diqqət yetirilib.

Daha əvvəl amerikalı analitiklər İranın Minab şəhərində qızlar məktəbinə edilən faciəli hücumun kəşfiyyat xətası və ya süni intellekt alqoritmlərindəki nasazlığın nəticəsi ola biləcəyini bildiriblər.

Əli Balayev 

Paylaş
Şərh əlavə et