Azərbaycan vətəndaşlarının İran ərazisindən təxliyəsi prosesi davam edir. Bu gün daha 13 nəfər təhlükəsiz şəkildə ölkədən çıxarılıb. Təxliyə tədbirləri Azərbaycanın diplomatik nümayəndəliklərinin və aidiyyəti dövlət qurumlarının koordinasiyası ilə həyata keçirilib.

İrandan təxliyə olunan insanlar
24media.az Report-a istinadən xəbər verir ki, təxliyə olunan şəxslər əsasən İran ərazisində müxtəlif səbəblərlə qalan Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsiz şəkildə ölkəyə qayıtması üçün bütün zəruri tədbirlər görülüb və proses nəzarət altında davam etdirilir.
Rəsmi qurumlar bildirirlər ki, regionda mövcud vəziyyət nəzərə alınaraq ehtiyac yarandığı halda digər vətəndaşların da mərhələli şəkildə təxliyəsi təşkil oluna bilər. Azərbaycan tərəfi vətəndaşların təhlükəsizliyinin təmin edilməsini prioritet məsələ kimi qiymətləndirir.
Səidə Abasova
