Bu gün:

UNICEF: Fevralın 28-dən bəri Yaxın Şərqdə 1100-dən çox uşaq həlak olub və ya yaralanıb


Yaxın Şərqdə münaqişənin gərginləşməsindən on gündən çox vaxt keçir və regionda milyonlarla uşaq üçün vəziyyət daha fəlakətli hala gəlir.Bakı, 12 mart, AZƏRTAC

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Corriere della Sera” qəzetinin məlumatına görə, fevralın 28-dən bəri baş verən zorakılıq nəticəsində 1100-dən çox uşaq yaralanıb və ya həyatını itirib.

Məlumata əsasən, İranda 200, Livanda 91, İsraildə 4, Küveytdə isə 1 uşaq həlak olub. UNICEF bildirir ki, zorakılıq davam etdikcə bu rəqəmlərin daha da artacağı gözlənilir.

Təşkilatın açıqlamasında qeyd olunub ki, təhsil sistemində ciddi pozuntular milyonlarla uşağı məktəbdən uzaq salıb, yüz minlərlə insan isə bombardmanlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Xəstəxanalar, məktəblər, su və kanalizasiya sistemləri kimi mülki infrastruktur da hücumlar nəticəsində zədələnib və ya dağıdılıb. UNICEF vurğulayıb ki, uşaqların öldürülməsinə və ya onların həyatı üçün vacib xidmətlərin məhv edilməsinə heç nə haqq qazandıra bilməz.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et