BMT-nin zəruriliyinə dəlalət edən amillər hamı üçün qəbul edilir.
Avstriyanın sabiq Kansleri Sebastian Kurts
24media.az APA-ya istinadən xəbər verir ki, bunu Avstriyanın sabiq kansleri Sebastian Kurts XIII Bakı Qlobal Forumunda “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirəsində deyib.
O bildirib ki, hazırda bəzi münaqişələr artıq klassik müharibə formatında aparılmır. Onun sözlərinə görə, bu gün İranın apardığı müharibə daim təhlükə yaradan xarakter daşıyır və belə hallara qarşı hansı addımların legitim hesab ediləcəyi sual olaraq qalır.
Kurts qeyd edib ki, müasir dövrdə raket hücumları real təhlükəyə çevrilib: “Bu gün hava limanlarına edilən hücumları görürük, infrastruktur layihələri ciddi problemlərlə üzləşir”.
Sabiq kansler əlavə edib ki, BMT zaman keçdikcə köhnəlir və beynəlxalq münasibətlərdə təsir gücünü tədricən itirir.
Aylin Bayraməliyeva
