Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya və cəza tədbirlərinin tətbiqi təklif olunur.
Küçədə dilənçilik edən şəxs və qəpik pullar
24media.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi nəzərdə tutulur. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, dilənçiliklə məşğul olan şəxslərə xəbərdarlıq ediləcək və ya 100 manatdan 200 manatadək cərimə tətbiq olunacaq. İşin halları və pozuntu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlər kifayət etmədikdə, 10 günədək inzibati həbs də tətbiq oluna bilər.
Sənədə görə, yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə isə 200 manatdan 500 manatadək cərimə və ya 15 günədək inzibati həbs nəzərdə tutulur.
Qeyd edək ki, hazırda qüvvədə olan məcəllədə bu əməl “avaralıqla məşğul olma” kimi göstərilib.
Aylin Bayraməliyeva
