Bu gün:

İlin əvvəlində ÜDM 18,4 milyard manatı ötüb


2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanda 18 milyard 473,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.24media.az APA-Economics-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artım deməkdir.

Məlumata əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,4 faiz artım qeydə alınıb.

ÜDM istehsalının 32,7 faizi sənayenin, 11,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatının, 3,9 faizi tikintinin, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2,1 faizi informasiya və rabitə sahələrinin payına düşüb. Digər sahələr ÜDM-in 24,1 faizini təşkil edib, məhsula və idxala xalis vergilərin payı isə 12,3 faiz olub.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et