Bu gün:

Dubayda çoxlu ev heyvanı evtanaziya olunur


Dubayda yerli baytarlıq klinikalarının bildirdiyinə görə ev heyvanlarının yuxuya verilməsi (evtanaziya) hallarında kəskin artım müşahidə olunur.

İti yatızdırırlar, gos-vet

Mütəxəssislərin sözlərinə görə, bir çox sahiblər özlərini və ailələrini evakuasiya etməyə üstünlük verir və hətta heyvanlar sağlam olsa belə, onları aparmaqla maraqlanmırlar.

Heyvan sığınacaqları artıq dolub və könüllülər tərk edilmiş pişik və itlərə kömək istəyi ilə yüzlərlə müraciət aldığını bildirirlər. Sosial şəbəkələrdə dirəklərə bağlanmış, yeməksiz və susuz qalan heyvanların, eləcə də sığınacaqların qapıları qarşısında qoyulmuş pişik balaları olan qutuların görüntüləri paylaşılır.

Bəzi sahiblər isə Oman vasitəsilə ölkədən çıxmağa çalışarkən, sərhəddən heyvan keçirməyə icazə verilmədiyi üçün onları səhrada qoyub gediblər.

Bu vəziyyət regiondan insanların kütləvi evakuasiyası və sığınacaqların həddindən artıq dolu olması fonunda heyvanlara təcili yardımın vacibliyini göstərir.

Mənbə: caliber
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et