Bu gün:

İki qadın güləşçimiz Avropa çempionatının finalına yüksəlib


Bu gün Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşçilər mübarizəyə başlayıblar. Azərbaycanın iki qadın güləşçisi finala vəsiqə qazanıb.

Zrenyanin, 11 mart, AZƏRTAC


24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, 55 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Gültəkin Şirinova yarımfinalda moldovalı Mihaela Samoli qarşılaşıb. Gərgin və maraqlı keçən görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Günay Qurbanova isə (59 kiloqram) rumıniyalı Ana Mariya Puyunu üstələyərək həlledici raunda vəsiqə qazanıb.


Səidə Abasova


Paylaş
Şərh əlavə et