Bu gün:

Zamin Zəki 7 il 6 ay azadlıqdan məhrum edilib


QHT işi” üzrə təqsirləndirilən sosial işçi və hüquq müdafiəçisi Zamin Zəki barəsində məhkəmə hökmü elan olunub.

24media.az APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı isə onun 8 il müddətinə həbs olunmasını tələb etmişdi.

Zamin Zəki Azərbaycan Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. O, 50 min manatdan artıq qanunsuz pul vəsaitini leqallaşdırmaqda təqsirli bilinir.

Qeyd edək ki, Baş Prokurorluğun İstintaq İdarəsində Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı cinayət işi araşdırılır. İş üzrə bir sıra QHT rəhbərləri və nümayəndələri barəsində də müxtəlif istintaq və məhkəmə qərarları qəbul edilib.


Amina Paşazadə

Paylaş
Şərh əlavə et