Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb.
Bu barədə 24media.az APA-ya istinadən xəbər verir ki,APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, gələn il ortalama gündəlik qlobal neft tələbatı 107,87 mln. barel olacaq (oncəki proqnoz – 107,86) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,34 mln. barel çoxdur.
Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 106,53 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz – 106,52), bu da 2025-ci ilin göstəricisi (105,15 mln. barel) ilə müqayisədə 1,38 mln. barel çoxdur.
Xatırladaq ki, 2024-cü ildə qlobal gündəlik neft tələbatı ortalama 103,84 mln. barel olub.
Fidan Ağayeva
