Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Yaxın Şərqdə baş verən müharibələr bölgəni tamamilə bürümədən dayandırılmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
24media.az “Report”a istinadən xəbər verir ki, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında bölgədəki münaqişələrin “qan qoxusu” yaratdığını qeyd edib.
O vurğulayıb ki, İrana qarşı hücumlar neft qiymətlərinin artmasına və qlobal iqtisadiyyatın təhlükəyə düşməsinə səbəb olur: “Bütün dünya bundan təsirlənir, Türkiyə isə belə çətin məqamlarda dost və qardaş ölkələrə arxa çevirmir.”
Prezident əlavə edib ki, Ankara tərəfi “yenidən masa üzərində müzakirələr aparılması üçün səylərini davam etdirir”.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Sonrakı zərbələr nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb, Tehran isə ABŞ və müttəfiqlərinin bazalarına qarşı cavab tədbirləri həyata keçirib.
Aylin Bayraməliyeva
