ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ən azı cari ilin payızına qədər davam edə bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski
24media.az “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski irlandiyalı bloqer Keylin Robertsona müsahibəsində bildirib.
Onun sözlərinə görə, dünyada baş verən hadisələr fonunda qlobal çağırışlar artır və Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə başa çatacağına dair proqnoz vermək çətindir. Zelenski qeyd edib ki, münaqişə vaxtında dayandırılmasa, onun payıza qədər davam etməsi mümkündür.
Ukrayna lideri həmçinin hazırda üçüncü dünya müharibəsinin başlama riskinin yüksək olduğunu bildirib. Onun fikrincə, Yaxın Şərqdə gərginliyin artması və İranın regiondakı ABŞ bazalarına hücumları vəziyyəti daha da təhlükəli edir.
Aylin Bayraməliyeva
