Rusiya Prezidenti Vladimir Putin martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azərbaycan və Rusiya liderləri
24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, Vladimir Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin Rusiyanın İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edib.
Telefon danışığı zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə edib və Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafını qeyd ediblər.
Aylin Bayraməliyeva
