Bu gün:

AQTA bütün xidmətləri e-AQTA platformasında birləşdirməyi planlaşdırır


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaxın gələcəkdə bütün xidmətlərin vahid “e-AQTA” platforması üzərindən həyata keçirilməsini planlaşdırır.Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini

24media.az “Report”a istinadən xəbər verir ki, bunu AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq 138 ölkənin qoşulduğu IPPC sistemi vasitəsilə elektron fitosanitar sertifikat mübadiləsi aparır və Avropa İttifaqının TRACES platforması üzərindən 13 ixrac icazəsi əldə edib.

Z.Mustafayeva qeyd edib ki, Agentlik idxal nəzarəti, planlı yoxlamalar və hesabatlılıq sistemində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır. Bununla yanaşı, informasiya sistemlərinin qorunması və kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində də tədbirlər görülür.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et