Bu gün:

Deputat Vüqar Bayramov Azərbaycanda süni intellektin aqrar sektorda yaratdığı dəyərin ölçülmədiyini deyib


Azərbaycanda süni intellektin yaratdığı əlavə dəyər hələ ölçülmür və kənd təsərrüfatında bu texnologiyanın tətbiqi vacibdir.Deputat Vüqar Bayramov

24media.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, süni intellekt və rəqəmsal həllər nəticə deyil, vasitədir və əsas göstərici iqtisadi dəyərlə ölçülməlidir. Deputat qeyd edib ki, hazırda qlobal aqrar sektorda süni intellektin yaratdığı dəyər 4,7 milyard ABŞ dolları qiymətləndirilir və 2035-ci ilə qədər bu rəqəmin 46,6 milyard dollara çatacağı proqnozlaşdırılır.

V.Bayramov bildirib ki, süni intellekt kənd təsərrüfatında daha çox dəqiq əkinçilik, avtomatlaşdırma, dron analitikası və heyvandarlığın monitorinqində istifadə olunur. Onun fikrincə, Azərbaycanda istehsal və ixrac imkanlarının artırılması üçün aqrar sektorda bu texnologiyaların tətbiqi genişləndirilməlidir.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et