Bu gün:

Yaxın Şərqdə gərginlik fonunda Zəngəzur dəhlizi Avrasiyanın strateji nəqliyyat marşrutlarından birinə çevrilə bilər


Yaxın Şərqdə artan geosiyasi gərginlik beynəlxalq ticarət və nəqliyyat marşrutlarının təhlükəsizliyini yenidən qlobal gündəliyin əsas mövzularından birinə çevirib. Bu şəraitdə alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artır.Bakı, 10 mart, AZƏRTAC

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvü, türkiyəli siyasi ekspert Mehmet Seven bildirib.

Onun sözlərinə görə, mövcud geosiyasi reallıqlar fonunda Cənubi Qafqaz Avropa ilə Asiya arasında etibarlı tranzit mərkəzinə çevrilmək potensialına malikdir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirə və nəqliyyat əlaqələrini genişləndirə bilər.

Ekspert qeyd edib ki, dəhliz Azərbaycan ilə Türkiyə arasında birbaşa quru əlaqənin təmin olunmasına imkan yaradacaq və iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək. Onun fikrincə, layihə həmçinin Türk dünyası ölkələri arasında nəqliyyat və logistika əlaqələrinin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və regional iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verə bilər.

Mehmet Seven vurğulayıb ki, Zəngəzur dəhlizi Avropa ilə Asiya arasında yeni logistika körpüsünə çevrilə və beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsində mühüm rol oynaya bilər. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Cənubi Qafqaz regionunun geoiqtisadi əhəmiyyətini də artıracaq.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et