Bu gün:

Azərbaycanda sığortaolunanların sığortaçıda uçotu yalnız FİN kodla aparılacaq


Azərbaycanda sığortaolunanların sığortaçıda uçotu bundan sonra yalnız FİN kod vasitəsilə aparılacaq.

24media.az “Report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişiklikləri imzalayıb.

Dəyişikliyə əsasən, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.

Qanun iyulun 1-dən qüvvəyə minəcək.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et