Bu gün:

İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub


İsrail ordusu Livan ərazisində Hizbullah-a məxsus hədəflərə zərbələr endirib.

24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə Israel Defense Forces məlumat yayıb.

Bildirilib ki, ötən gecə Livanın Ansar şəhərində Hizbullahın komanda mərkəzləri və digər infrastruktur obyektləri vurulub. Məlumata görə, zərbə endirilən ərazilərdən İsrail istiqamətində raketlər buraxılırdı.

IDF həmçinin qeyd edib ki, raket buraxılış mövqeləri yaşayış binalarının yaxınlığında yerləşdiyindən şəhər sakinlərinə əvvəlcədən təxliyə barədə xəbərdarlıq edilib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et