Türkiyəli alimlər xərçəng müalicəsində yeni texnologiyalar üzərində işləyirlər. Bu layihə nano ölçülü sistemlər vasitəsilə dərmanların birbaşa şiş hüceyrələrinə çatdırılmasını hədəfləyib.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, bu layihə əsasında “ağıllı dərman” sistemləri hazırlanacaq. Bu sistemlər sağlam hüceyrələrə zərər vermədən xərçəng hüceyrələrini hədəf almağa kömək edəcək. Tədqiqatlarda süni intellekt və nano texnologiyalardan istifadə olunması hədəflənir. Layihənin məqsədi xərçəng müalicəsini daha effektiv etməkdir. Yeni üsullar sayəsində müalicənin yan təsirləri azala və bu tədqiqat xərçəng xəstələri üçün daha təhlükəsizvə effektiv müalicə imkanları yarada bilər.
Fidan Mənsimova
