Bu gün:

Putin Avropa ilə enerji əməkdaşlığından danışıb


Vladimir Putin bildirib ki, Rusiya Avropa ölkələri ilə neft və qaz tədarükü məsələsində əməkdaşlığa hazırdır, lakin bunun üçün əvvəlcə Avropa tərəfi siqnal verməlidir. O bu fikirləri Kremldə qlobal enerji bazarındakı vəziyyətə həsr olunan müşavirədə səsləndirib.

24media.az APA-nın Moskva bürosuna istinadən xəbər verir ki, Putin son bir həftə ərzində neft qiymətlərinin təxminən 30 faiz artdığını bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyəti qeyri-sabitləşdirmək cəhdləri qlobal yanacaq və enerji sektoruna ciddi risklər yaradır.

Rusiya prezidenti qeyd edib ki, ölkəsi etibarlı tərəfdaş olan dövlətlərə enerji tədarükünü davam etdirəcək. O həmçinin Hörmüz boğazından asılı olan neft tədarüklərinin yaxın bir ay ərzində tam dayanma ehtimalının olduğunu, hazırda isə qlobal qaz qiymətlərinin neft qiymətlərindən daha sürətlə artdığını vurğulayıb.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et