Livanda baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb. Son məlumatlara görə, hadisələr zamanı yüzlərlə insan həyatını itirib və çox sayda yaralı var.

24media.az APA-ya istinadən xəbər verir ki, Al Jazeera telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadla ölənlərin sayının 486 nəfərə çatdığını bildirib.
Məlumata görə, hücumlar nəticəsində 1313 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisələrlə bağlı vəziyyətin gərgin olaraq qaldığı qeyd olunur.
Arzu Qafarova
