Bu gün:

Fransa hökuməti Aralıq dənizi və Qırmızı dənizə əlavə hərbi qüvvə göndərəcək


Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi “müdafiə dəstəyi” çərçivəsində təxminən on hərbi gəmisi ilə Aralıq dənizi və Qırmızı dənizdə mövcudluğunu artıracaq. O, planın Hörmüz boğazını da əhatə edə biləcəyini qeyd edib.

Hörmüz boğazında gəmilərin hərəkəti dayandırılıb

24media.az "Al Jazeera"yə istinadən bildirir ki, Makron 9 mart tarixində Nikos Hristodulidis və Kiryakos Mitsotakis ilə birlikdə Kiprdə görüş keçirdikdən sonra birgə açıqlama verib.

Fransa lideri bildirib ki, ölkə Şərqi Aralıq dənizi və Qırmızı dənizdə dəniz təhlükəsizliyini təmin etmək üçün iki freqat ayıracaq. Bununla yanaşı, bölgəyə səkkiz hərbi gəmi, bir aviadaşıyıcı qrup və iki helikopter gəmisi də göndəriləcək.

Prezident qeyd edib ki, məqsəd, “münaqişənin ən gərgin mərhələsi başa çatdıqdan sonra konteyner gəmilərinin və tankerlərinin təhlükəsiz müşayiəti ilə Hörmüz boğazının mərhələli şəkildə yenidən açılmasını təmin etməkdir”.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et