Bu gün:

Paşinyan Müctəba Xameneini Ali Rəhbər seçilməsi münasibətilə təbrik edib


Ermənistanın Baş naziri Nikol Paşinyan Seyid Müctəba Xameneiyə Ali Rəhbər seçilməsi münasibətilə təbrik məktubu göndərib.APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

24media.az APA-ya istinadən xəbər verir ki,Ermənistan KİV-ə istinadən xəbər verir ki, məktubda deyilir:

“İran İslam Respublikasının Ali Lideri seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Əminəm ki, Ermənistanla İran arasındakı güclü əlaqələr inkişaf etməyə davam edəcək və yeni uğurlar qazanacaq. Fürsətdən istifadə edərək, dost İran xalqına rifah və davamlı sülh arzulayıram".


Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.


Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O, 1989–2026-cı illər arasında İranın ikinci Ali Rəhbəri olub.


Fidan Ağayeva

Paylaş
Şərh əlavə et