Gürcüstan parlamentinin deputatı Salome Cincolava Azərbaycanla dostluq qrupuna yeni üzv əlavə edilib.
APA | Gürcüstan parlamentinin deputatı Salome Cincolava
24media.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın bürosu Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradzenin təqdimatı əsasında qərar qəbul edib.
Bununla dostluq qrupunun üzvlərinin sayı 32-yə çatıb.
Salome Cincolava hakim “Gürcü Arzusu” partiyasını təmsil edir.
Qeyd edək ki, qrupun rəhbəri Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvilidir.
Fidan Ağayeva
