Sakarya bölgəsinin Karasu sahillərində pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Qurğunun parçalanmış vəziyyətdə olduğu bildirilir.

24media.az APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumat yerli KİV tərəfindən yayılıb. Tapılan PUA-nın hansı ölkəyə məxsus olduğu hələlik müəyyən edilməyib.
Hazırda məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır və hadisənin səbəbləri dəqiqləşdirilir.
Arzu Qafarova
