Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 488 ton olan 7 vaqon taxıl göndərilib.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit qaydada 21 min tondan çox taxıl daşınıb. Bu həcmdə yük ümumilikdə 302 vaqonla təyinat məntəqəsinə çatdırılıb.
Bununla yanaşı, eyni marşrut üzrə 610 ton gübrə də daşınıb və bu yük 9 vaqon vasitəsilə daşınıb.
Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.
Aylin Bayraməliyeva
