Bu gün:

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb


Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.Avtobuslarda cibgirlik edən şəxs

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİN vətəndaşlara ictimai nəqliyyatda olarkən diqqətli olmalarını, şəxsi əşyalarını nəzarətdə saxlamalarını və sıxlıq olan yerlərdə ehtiyatlı davranmalarını tövsiyə edib. Bu kimi hallarla qarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə dərhal polisə məlumat verilməsi xahiş olunur.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et