Bu gün:

BVF rəhbəri Yaxın Şərq münaqişəsinin qlobal təsirləri barədə xəbərdarlıq edib


Yaxın Şərqdə davam edən hərbi münaqişənin uzanması qlobal bazarlara və iqtisadiyyata mənfi təsir göstərə bilər.

Beynəlxalq Valyuta Fondunu direktoru Kristalina Georgiyeva

24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) direktoru Kristalina Georgiyeva martın 9-da Yaponiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, münaqişə uzunmüddətli olarsa, bu, bazarlara, iqtisadi artıma və inflyasiyaya ciddi təsir göstərəcək, həmçinin hökumətlər qarşısında yeni çağırışlar yaradacaq.

Georgiyeva qeyd edib ki, sarsıntılar münaqişə başa çatdıqdan sonra da davam edə bilər və bu, qlobal qeyri-müəyyənliyin qalacağını göstərir. O vurğulayıb ki, yeni qlobal şəraitdə mümkün risklərə hazır olmaq vacibdir.

BVF rəhbəri əlavə edib ki, Yaxın Şərqdəki gərginlik fonunda Hörmüz boğazı vasitəsilə gəmiçilik 90 faiz azalıb. Həmçinin münaqişənin eskalasiyası və enerji infrastrukturuna təzyiqlər səbəbindən neftin qiyməti bir barel üçün təxminən 120 dollara qədər yüksəlib, daha sonra isə yenidən aşağı düşüb.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et