Bu gün:

Serbiya neft və yanacaq ixracını müvəqqəti dayandırıb


Serbiya hökuməti neft və mühərriklər üçün yanacaq kimi istifadə olunan bütün neft məhsullarının ixracını müvəqqəti dayandırıb.Serbiya bayrağı

24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə energetika naziri Dubravka Cedoviç Handanoviç BGNES portalına açıqlamasında bildirib.

Qeyd olunub ki, qərarın əsas məqsədi qlobal tədarük problemləri fonunda daxili bazarı defisitdən və qiymətlərin kəskin artımından qorumaqdır.

Nazirin sözlərinə görə, qadağa dizel yanacağı, benzin və xam neftin bütün nəqliyyat növləri ilə ixracına şamil olunur və martın 19-dək qüvvədə olacaq. Bundan sonra vəziyyətə uyğun olaraq növbəti qərarlar qəbul ediləcək.

Dubravka Cedoviç Handanoviç vurğulayıb ki, Serbiya hökuməti vətəndaşları və ölkə iqtisadiyyatını qorumaq üçün bütün mümkün addımları atacaq.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et