Samux rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, hərəkətdə olan “Khazar” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

24media.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, qəza nəticəsində sürücü – 1991-ci il təvəllüdlü N. Məmmədov və avtomobildə olan iki sərnişin xəsarət alıb. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Məlumata görə, xəsarət alan iki nəfərin vəziyyəti qənaətbəxşdir, sürücünün durumu isə ağır qiymətləndirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
Arzu Qafarova
