Bu gün:

Tramp İranın yeni lideri barədə açıqlama verib


Donald Tramp bildirib ki, İranın yeni ali lideri ABŞ administrasiyasının razılığı olmadan uzun müddət hakimiyyətdə qala bilməyəcək. O, bu barədə televiziya müsahibəsində danışıb.

24media.az APA-ya istinadən xəbər verir ki, Tramp ABC News telekanalına müsahibəsində İranın mərhum ali lideri Ayətullah Əli Xameneinin yerinə yeni rəhbərin seçilməsi məsələsinin Vaşinqton tərəfindən diqqətlə izləndiyini bildirib.

ABŞ prezidenti qeyd edib ki, gələcəkdə eyni vəziyyətin təkrarlanmasını istəmir. Onun sözlərinə görə, Vaşinqton regionda gərginliyin artmaması və İranın nüvə silahına sahib olmaması üçün bu məsələyə xüsusi önəm verir.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et