Fevralın 28-i saat 08:00-dan martın 8-i saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 1899 nəfər təxliyə edilib. Təxliyə olunanlar arasında müxtəlif ölkələrin vətəndaşları da var.

24media.az APA-ya istinadən xəbər verir ki, təxliyə edilənlərin 314 nəfəri Azərbaycan vətəndaşıdır. Digər şəxslər arasında 538 nəfər Çin, 290 nəfər Rusiya, 173 nəfər Tacikistan, 123 nəfər Pakistan və digər ölkələrin vətəndaşları yer alır.

Məlumata görə, təxliyə olunanlar sırasında həmçinin İtaliya, İspaniya, Fransa, Almaniya, Türkiyə, Böyük Britaniya və digər dövlətlərin vətəndaşları da var. Təxliyə prosesi çərçivəsində onlarla ölkədən olan şəxslərin təhlükəsiz şəkildə Azərbaycana gətirildiyi bildirilib.

Arzu Qafarova
