Bu gün:

Hörmüz boğazında partlayış nəticəsində üç dənizçi itkin düşüb


Birləşmiş Ərəb Əmirlikləri bayrağı altında üzən “Musaffah 2” gəmisində baş verən partlayışdan sonra gəmi Hörmüz boğazında batıb, nəticədə, üç İndoneziya vətəndaşı itkin düşüb. 

Hörmüz boğazının kənarında kommersiya gəmilərinin hərəkət görüntüsü - 4 Mart 2026

24media.az "The Times of İsrael"ə istinadən bildirir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, gəmidə İndoneziya, Hindistan və Filippindən olan yeddi ekipaj üzvü olub. Onlardan dörd nəfər xilas edilib, üç İndoneziya vətəndaşı isə hələ də itkin sayılır.

Açıqlamada qeyd olunub ki, batmazdan əvvəl gəmidə partlayış nəticəsində yanğın yaranıb. Hadisə ilə bağlı yerli hakimiyyət orqanları araşdırma aparır.

Təhlükəsizlik şirkəti "Vanguard" isə bildirib ki, gəmi Malta bayrağı altında üzən “Safeen Prestige” konteyner gəmisinə kömək göstərməyə çalışarkən iki raketlə vurulub. Həmin gəminin də daha əvvəl raket hücumuna məruz qaldığı qeyd edilir.

Hörmüz boğazında son dövrlər gəmilərə hücumların sayı artıb. Bu, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra regionda gərginliyin yüksəlməsi ilə əlaqələndirilir.

Ekspertlər bildirirlər ki, İranın uzun müddət dron hücumlarını davam etdirmək imkanları olduğundan Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin bərpası yaxın zamanda çətin ola bilər.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et