Bu gün:

Rəqs etmək nə qazandırır?


Rəqs hər kəsin zövq aldığı bir fəaliyyətdir. Rəqs təkcə üzünüzə təbəssüm gətirmir, həm də fiziki və zehni sağlamlığınızı yaxşılaşdırmağa kömək edir. Bu faydalarına görə rəqs dərsləri forma almaq və ümumi sağlamlıq səviyyəsini artırmaq istəyən insanların sevimlisinə çevrilib.

Rəqs edərkən bədəninizin hər yerindən istifadə edirsiniz, yəni rəqs hərfi mənada bədən işidir. Bu, koordinasiyanı, yaddaşı, dözümlülüyü və çevikliyi inkişaf etdirməyə kömək edir. Rəqslə müntəzəm olaraq məşğul olsanız, bədəniniz üçün möcüzələr yarana bilər. Gündə cəmi 30 dəqiqə rəqs etmək sizə formada qalmağa və günün bütün stressindən azad olmağa kömək edəcək. O cümlədən rəqs etməyin aşağıdakı faydaları da var:

1. Güc və ümumi sağlamlıq səviyyələrini artırır

Rəqs bütün bədən üçün məşq təklif edən bir neçə fəaliyyətdən biridir. Ayaqlarınızı, qarınlarınızı və qollarınızı eyni vaxtda işlətməyə imkan verir. Bu şəkildə əzələlərinizi və sümüklərinizi təbii şəkildə gücləndirməyə kömək edir. Gücünüz artdıqca ümumi enerji səviyyəniz yüksəlir və ümumi sağlamlığınız gündən-günə yaxşılaşır. 

2. Elastikliyi artırır

Rəqsin digər əhəmiyyətli faydası da elastikliyinizi artırmasıdır. Rəqs etməyə davam etdikcə vücudunuz ardıcıl olaraq uzanacaq. Bədəniniz uzandıqca elastikliyiniz də artacaq. 

3. Yaddaşı gücləndirir 

Hər növ məşqdə olduğu kimi, müntəzəm olaraq rəqs etdikdə beyninizdə sinir hüceyrələrinin böyüməsini təşviq edən kimyəvi maddələrin səviyyəsi artır. Bununla belə, rəqs edərkən hərəkətləri yadda saxlamalı olduğunuz üçün beyin gücünüz artır, bu da yaddaşınızı yaxşılaşdırmağa kömək edir. Rəqs eyni anda bir neçə beyin funksiyasını əhatə edir: kinestetik, rasional, musiqili və emosional. Bütün bunların eyni vaxtda istifadəsi beyin fəaliyyətini artırır və sinir əlaqələrini gücləndirir. Bu, Alzheimer kimi xəstəliklərin qarşısını almaqda kömək edir. Bundan əlavə, rəqs uşaqlarda daha güclü yaddaş və əzbərləmə qabiliyyətini təmin edir. 

Mənbə: caddesanat.com

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et