Livanın Səhiyyə Nazirliyi ölkədə baş verən hücumlar nəticəsində çoxsaylı insan tələfatının qeydə alındığını açıqlayıb. Bildirilir ki, hadisələr zamanı yüzlərlə insan həyatını itirib və yaralananlar var.

24media.az APA-ya istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, hücumlar başlayandan indiyədək 394 nəfər həlak olub, 1130-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumatların eyni zamanda N12 telekanalında da yayımlandığı bildirilib. Hadisələrlə bağlı əlavə məlumatların araşdırıldığı qeyd olunur.
Amina Paşazadə
