Baden‑Vürttemberq əyalətində parlament seçkiləri keçirilir. Almaniyanın ən inkişaf etmiş bölgələrindən biri sayılan əyalətdə əsas siyasi qüvvələr arasında gərgin rəqabət müşahidə olunur.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, seçkilərdə əsas mübarizə Yaşıllar Partiyası ilə Xristian Demokratlar İttifaqı arasında gedir. Sorğulara əsasən, hər iki partiyanın reytinqi demək olar ki, eyni səviyyədədir, Almaniya üçün Alternativ isə üçüncü yerdə qərarlaşıb. Yaşılların türk əsilli namizədi Cem Özdemir son sorğularda reytinqini artıraraq CDU-nun namizədi Manuel Hagel ilə fərqi azaldıb.
Əyalət 1952-ci ildə yaradıldıqdan sonra burada ümumilikdə 24 hökumət fəaliyyət göstərib və uzun müddət seçkilərin qalibi CDU olub. 2011-ci ildə isə Yaşıllar Partiyası hakimiyyətə gəlib. 11,3 milyon əhalisi olan Baden-Vürttemberq Almaniya iqtisadiyyatında böyük paya sahibdir və ölkənin ÜDM-nin təxminən 15 faizini formalaşdırır.
Arzu Qafarova
