Azərbaycanın dövlət məşğulluq siyasəti çərçivəsində 2025-ci ildə 69,5 min qadın işlə təmin olunub.
Bakı, 8 mart, AZƏRTAC
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, özünüməşğulluq proqramı çərçivəsində 6,5 mindən çox qadına aktivlər verilib və onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Bundan başqa, 18,4 min şəxs peşə hazırlığı kurslarına cəlb olunub, onlardan 11,8 mini qadınlardır.
Son illərdə aparılan qanunvericilik təkmilləşdirmələri qadınların məşğulluq imkanlarını artırıb. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanı bu sahədə nümunə kimi göstərib. Həmçinin Dünya Bankının 2024-cü il hesabatında ölkəmiz 104-cü pillədən 69-cu pilləyə yüksəlib.
Aylin Bayraməliyeva
