Bu gün:

Pekindən mesaj: Yaxın Şərqdə silahlar susmalıdır


Yaxın Şərqdə artan gərginlik fonunda Çin tərəfləri hərbi əməliyyatları dayandırmağa və münaqişənin genişlənməsinin qarşısını almağa çağırıb.

Bakı, 8 mart, AZƏRTAC

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, mövcud vəziyyət bütün tərəfləri narahat edir və beynəlxalq diqqət mərkəzindədir. O vurğulayıb ki, Çin hökuməti məsələyə obyektiv və ədalətli mövqedən yanaşır.

Van İ bildirib: “Hərbi əməliyyatlar dayandırılmalıdır. Silahlı münaqişələr heç vaxt baş verməməlidir. Bu, heç kimə fayda gətirməyəcək. Yaxın Şərqin tarixi göstərir ki, silahlar problemləri həll etmir, toqquşmalar yalnız yeni nifrət mənbələri və böhranlar yaradır”.

Nazir, həmçinin müharibənin regiondan kənara yayılmasının qarşısını almağa çağırıb.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et