Bu gün:

Körfəzdə gəmilər hücumdan yayınmaq üçün siqnalları dəyişir


Fars körfəzində üzən bəzi gəmilər İran tərəfindən mümkün hücumlardan yayınmaq üçün transponder siqnallarını dəyişməyə başlayıb. Məlumata görə, onlar avtomatik identifikasiya sistemində özlərini Çinə məxsus kimi göstərir və gəmidə Çin ekipajının olduğunu bildirirlər.

24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. Bildirilir ki, son bir həftə ərzində ən azı 10 gəmi sistemdə “Çinə məxsus”, “Tamamilə Çin ekipajı” və ya “Gəmidə Çin ekipajı var” kimi siqnallar göstərib.

Məlumata görə, bəzi gəmilər təhlükədən yayınmaq üçün GPS siqnallarını da saxtalaşdırır. Lloyd’s Market Association isə hazırda körfəz və ətrafında təxminən 1000 gəminin bloklandığını və onların ümumi dəyərinin təxminən 25 milyard dollar olduğunu açıqlayıb.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et