Qətərdə mayeləşdirilən təbii qazın (LNG) istehsalının dayandırılması qlobal enerji bazarında ciddi narahatlıq yaradıb.
Mürəkkəb metal konstruksiyalar və iri ağ borularla əhatə olunmuş nəhəng mayeləşdirilmiş təbii qaz emalı qurğusu
24media.az brecorder.com-a istinadən xəbər verir ki, ölkədə artan regional gərginlik fonunda LNG istehsalı müvəqqəti olaraq dayandırılıb.
Məlumata görə, qərar regionda təhlükəsizlik risklərinin artması ilə əlaqədar qəbul edilib. Bildirilir ki, gərginlik davam edərsə, enerji ixracı və qazın mayeləşdirilməsi prosesi bir müddət dayandırıla bilər.
Qeyd edək ki, Qətər dünyada mayeləşdirilmiş təbii qazın ən böyük ixracatçılarından biridir və qlobal LNG təchizatının təxminən 20 faizini təmin edir. Bu səbəbdən ölkədə istehsalın dayanması beynəlxalq enerji bazarına birbaşa təsir göstərir.
Ekspertlərin fikrincə, LNG istehsalının dayanması, xüsusilə Avropa və Asiya bazarlarında qaz qiymətlərinin artmasına səbəb ola bilər. Analitiklər hesab edirlər ki, vəziyyət uzun müddət davam edərsə, qlobal enerji təchizatında əlavə problemlər yarana bilər.
Aylin Bayraməliyeva
