Bu gün:

Suda yaranan dəri qırışlarının tibbə köməyi


Uzun müddət suda qaldıqdan sonra əl və ayaq barmaqlarımızda dəri qırışları əmələ gəlir. Bu barədə alimlər müxtəlif versiyalar irəli sürsə də, hələlik bu halın dəqiq səbəbi barədə yekdil bir fikrə gəlinməyib. Lakin bu iddia həkimlərə bəzi xəstəlikləri müəyyən etməyə imkan verir. 


Güman edilir ki, suda barmaqların qırışmasına sinir sistemi cavabdehdir. Bu baxımdan, əllərin suya salınması qan dövranını idarə edən sinirlərin ilkin yoxlanış üsulu ola bilər. Digər tərəfdən, barmaqların ucunda qırışların əmələ gəlməsi insan bədənində qan dövranının pozulduğundan da xəbər verə bilər. Məsələn, pullu dəmrov və vitiliqo kimi dəri xəstəlikləri olan insanlarda qırışların əmələ gəlməsi daha uzun çəkir. Şəkərli diabet xəstələrində əllərin suya salınmasından sonra barmaqların dərisi nəzərə çarpacaq dərəcədə az qırışır. Ürək çatışmazlığı keçirmiş insanlarda da oxşar hal müşahidə olunur. 

İnsanın bioloji bir növ kimi təkamülü baxımından, suyun yaratdığı qırışlar barmaqlarla cisim arasındakı sürtünmə gücünü artıraraq insanlara sürüşkən qayaların üzərində daha yaxşı hərəkət etmək imkanı verir

Tərcümə etdi : Fidan Əlizadə

Paylaş
Şərh əlavə et